Məktəbin qarşısında keçmiş arvadını və qardaşlarını güllələdi - FOTO


Keçmiş həyat yoldaşını və iki qaynını güllələdi.
Hadisə Batmanda baş verib. Məktəbə uşaqlarını görməyə gedən Ahmet D. orada 7 ay əvvəl boşandığı keçmiş həyat yoldaşı Edibe G, qayınları Əziz və Rəcəb G. ilə rastlaşıb. Görüş zamanı tərəflər arasında mübahisə baş verib. Bir müddət sonra mübahisə davaya çevrilib. Bu zaman Ahmet D. üzərində gəzdirdiyi odlu silahla keçmiş arvadını və iki qaynını güllələyib.
Hadisə yerinə polis və təcili tibbi yardım həkimləri gəlib.
Müayinə zamanı yaralılardan Əziz Günəşin elə hadisə yerində öldüyü məlum olub. Qadın və digər yaralı qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Cinayəti törətməkdə şübhəli bilinən Ahmet D. polis tərəfindən saxlanılıb.
Araşdırma aparılır.