Baydenin xanımında xərçəng aşkarlandı


ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydendə dəri xərçəngi aşkar olunub.
Məlumata görə, ABŞ-nin birinci xanımı artıq əməliyyat olunub. Əməliyyat isə Merilend ştatında Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə keçirilib. Cill Baydenin hazırda özünü yaxşı hiss etdiyi qeyd olunur. 
Bildirilir ki, Co Bayden 9 saat həyat yoldaşı ilə birlikdə xəstəxanada olub.