İsrail Ukraynaya PUA əleyhinə raket verəcək - Razılıq əldə olundu

Ukrayna və İsrail arasında PUA-lar əleyhinə raket alınması barədə razılıq əldə edilib.
Bu barədə İsraildəki Ukrayna səfiri Yevgeni Karniyçuk məlumat verib.
 
Səfirin sözlərinə görə, tərəflər arasında silah tədarükü ilə bağlı razılıq əldə edilməsinə nail olunub.
 
İsrail tərəfi Ukrayna ilə pilotsuz uçuş aparatları əleyhinə raket sistemlərinin rəsmi Kiyevə verilməsi ilə bağlı anlaşmaya razılıq verib.
 
Qeyd edək ki, Rusiya ordusu İran istehsalı PUA-larla mütəmadi olaraq Ukrayna şəhərlərinə hücum edir.