“Qarabağ”ın futbolçusu ağır zədə aldı


“Qarabağ”ın futbolçusu Abbas Hüseynov ciddi zədə alıb. Bu barədə klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
O bildirib ki, müdafiəçi məşqdə dizindən zədələnib və hazırda müayinələri davam edir.
“Futbolçunun arxa çarpaz bağlarında problem aşkarlanıb. Təkrar müayinələrdən sonra əməliyyat olunub-olunmayacağı ilə bağlı qərar veriləcək. Sonra hansı müddətdə meydanda olmayacağı bəlli olacaq. Görünən odur ki, zədəsi ciddidir”.