Planetin ən yaşlı sakini vəfat etdi




Planetin ən yaşlı sakini, fransız rahibə Andre bacı (Lüsil Randon) çərşənbə axşamı gecə 118 yaşında vəfat edib.
Bu barədə Andre bacının yaşadığı qocalar evinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, ölüm yuxuda baş verib.
Lüsil Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 26 aprel 2022-ci ildə planetin ən yaşlı sakini kimi tanınıb.
Randon gəncliyində qubernator işləyib. O, 41 yaşında rahibə olub və 28 il Vişi xəstəxanasında çalışaraq burada yetimlərə və qocalara kömək edib. 1979-cu ildə Savoyda bir monastırda xidmətə başlayıb.
2009-cu ildən isə o, Tulon qocalar evində yaşayırdı.
Mənbə: TASS