“Həkimlər bəzən bir reseptlə bir neçə xəstəni müalicə edirlər” - AÇIQLAMA



















“Xəstəliyin müalicəsində antibiotiklərdən istifadə olunmamalıdır”.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev deyib.
Həkimin sözlərinə görə, həkimlər bəzən bir reseptlə bir neçə xəstəni müalicə edirlər:
“Bu da mənfi nəticələrə gətirib çıxara bilər. Çünki resept xəstəni müayinə etdikdən sonra verilən nəticədir. Və hər xəstənin orqanizmi fərqli olduğu üçün də resept eyni ola bilməz”.
V.Əliyev qeyd edib ki, həkim müayinəsi şərtdir:
“Üç gün ərzində xəstəlikdə azalma müşahidə olunmasa, həkimə müraciət olunmalıdır. Qripin növü üçün test götürülüb, müalicə təyin olunmalıdır. Ev şəraitində, düzgün olmayan müalicə ciddi fəsadlara yol aça bilər”.