Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonundan 17 kilometr aralıda 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 06:22-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Egey dənizi akvatoriyasında qeydə alınıb.