Məşhur aktyor dağ gəzintisində itdi


Məşhur aktyor dağ gəzintisində itdi


Tamaşaçılara "Cəhənnəm" (1988) və "Mənzərəli otaq" (1985) filmlərindəki rolları ilə tanış olan aktyor Culian Sands Kaliforniyadakı dağlıq ərazidə yoxa çıxıb.
 
Bu barədə Kaliforniya ştatının San Bernardino vilayətinin Şerif Departmentindən bildirilib.
 
Şerif departamentinin sözçüsü Qloriya Huerta deyib ki, Sandsın həyat yoldaşı onun itkin düşdüyünü yanvarın 13-də bildirib.
 
Qeyd edək ki, xilasetmə qrupları Los-Anceles şəhərinin təxminən 65 kilometr şimal-şərqində yerləşən San Gabriel Dağlarında axtarış aparıb, lakin yol şəraiti və uçqun riskləri səbəbindən əməliyyatları dayandırmalı olub. Səlahiyyətlilər hava şəraitinə uyğun olaraq vertolyotlar və dronlarla axtarışı davam etdirdiklərini bildirirlər. Qeyd olunur ki, təhlükə sovuşduqda quruda axtarışlar davam etdiriləcək.