"Sevimli-Dad" və "Sonti"ni istehsal edən şirkətin sahibi dəyişib


“Göyçay-Süd” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq 2023-cü il fevralın 21-də saat 11.00-da Göyçay şəhəri, sənaye zonasında baş tutacaq.
Yığıncağın gündəliyinə “Göyçay-Süd” ASC səhmdarının dəyişməsi ilə əlaqədar dəyişikliyin qeydiyyata alınması, səhmdarın dəyişməsi ilə əlaqədar “Göyçay-Süd” ASC-nin nizamnaməsinə dəyişikliyin edilməsi və dəyişiklik layihəsinin təsdiqlənməsi, dəyişikliyin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin təyin olunması və müvafiq qeydiyyat orqanına müraciət edilməsi məsələsi daxildir.
Qeyd edək ki, “Göyçay-Süd” ASC 25.09.1998 tarixində dövlət qeydiyyatına alınıb və şirkətin qanuni təmsilçisi Bədəlov Mustafa Soltan oğludur. Şirkətin nizamnamə kapitalı 809,670 min manatdır. “Göyçay-Süd” ASC "Sevimli-Dad", "Çanax", "4U", "Garnet", "Sonti" markaları altında bir sıra məhsullar istehsal edir.