Daha bir erməni idmançı təxribata əl atdı


Henrix Mixitaryandan sonra daha bir erməni idmançısı təxribata əl atıb.
Tnnis üzrə “Australian Open” turnirində IV mərhələyə yüksələn Karen Xaçanov kameraya “Möhkəm dayan, Artsax” yazıb.
Bakıda anadan olmuş rusiyalı şərhçi Nobel Arustamyan isə ona təşəkkür edib: “Sağ ol, Karen”.
Xatırladaq ki, bundan əvvəl “İnter”in futbolçusu Mxitaryan klubun rəsmi instagram səhifəsinə müsahibəsində “haralısan” sualına cavabında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəkil çəkmişdi.
(axar.az)