Ermənistanla Azərbaycan arasında hansısa müxtəlif formalarda eskalasiya gözləniləndir, lakin hələlik genişmiqyaslı müharibə olmayacaq.
Bunu Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyib.
O, əmindir ki, Azərbaycan onun üçün mövcud olan bütün imkanlardan istifadə edərək Ermənistana və Xankəndinə təzyiq edəcək.
“Bu, Dağlıq Qarabağın olmadığına dair bəyanatlar şəklində, eyni zamanda üçüncü qüvvələr vasitəsilə, Rusiya, Avropa, Türkiyə və s. vasitəsilə diplomatik təzyiq olacaq. Bundan əlavə, ötən ilin sentyabrında baş verənlərə bənzər eskalasiyalar mümkündür. Bu, həmçinin elektrik enerjisinin kəsilməsi, qazın kəsilməsi və s. şəklində müxtəlif təzyiq formaları olacaq. Bu davam edəcək”, - İsgəndəryan bildirib.
Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal isə hesab edir ki, vəziyyət gərgindir: “Laçın dəhlizində yol tezliklə açılmasa, eskalasiya olacaq”.
Ekspert Sergey Markedonovun fikrincə, Azərbaycanda hesab edirlər ki, hərbi əməliyyatlar dayansa da müharibə birməyib və tam qələbə əldə olunmayıb: “Ona görə də İlham Əliyev oyunu bitirmək istəyir.
Bu vəziyyətdə hansısa dialoqdan danışmaq o qədər də uğurlu deyil. İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan uduzub, məğlub olanlar isə şərtlər diktə edə bilməzlər, o, beş məqamdan danışıb. Laçın böhranı da bu məntiqə tam uyğun gəlir”, - deyə ekspert qeyd edib.