Baş nazirin bu qərarı tənqid olundu: süpürgəçi üçün binanın nə fəqi var?


Baş nazirin bu qərarı tənqid olundu: süpürgəçi üçün binanın nə fəqi var?

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb: Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

1) Ali kateqoriya dövlət orqanlarında 400 manat
2) 1-ci kateqoriya dövlət orqanlarında 385 manat
3) 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365 manat
4) 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345 manat
İqtisadçı Natiq Cəfərli qərarı tənqid edib.
 
“Maaşların çox kiçik olması bir qırağa, qərarın absurdluğu bilirsiz nədir?! Hökumət başa düşməlidir ki, məsələn, xadimə üçün binanın ali və ya 5-ci kateqoriyaya aid olmasının heç bir fərqi yoxdur - ali kateqoriya olanda süpürgəni daha bərk basıb süpürür?! Daha çox güc sərf edir?! Ali və ya 4-cü kateqoriyaya aid binaların həyətində bitən ağaclar daha fərqli olur ki, bağban onları sulamağa 55 manat daha çox pul alır?! Ya da ixtisası olmayan fəhlə üçün nə fərqi var ki, hansı kateqoroyaya aid binada kürəyində yük daşıyır?!”.

Ekspert deyib ki, maaş fərqi iş saatına, həcminə, ixtisas və bacarıq göstəricilərinə görə ola bilər:

“Amma eyni iş görən işçilərin binanın hansı kateqoriyaya aid olmasına görə maaş fərqi olmamalıdır - bu absurddur...”.