Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
589 kilometr dərinlikdə baş verən zəlzələnin episentrinin Santyaqo del Estero şəhərindən 116 kilometr şimal-şərqdə olduğu bildirilir.
Zəlzələ Çilinin Arika, Parinakota, Tarapaka və Antofaqasta bölgələrində də hiss olunub.
Dağıntılar barədə hələlik məlumat verilməyib.