TƏCİLİ! Rusiya vətəndaşlığı almış şəxslər ölkədən çıxa bilməyəcəklər




Rusiya vətəndaşlığını almış MDB ölkələrinin yerli sakinlərinə Rusiyadan çıxmağa icazə verilmir.
Bu  barədə “Azadlıq” radiosu tarixi vətənlərinə getmək istəyən, lakin sərhədi keçə bilməyən Qırğızıstan və Tacikistandan olan bir neçə yerli vətəndaşa istinadən məlumat yayıb.

“Rusiya sərhədçiləri mənə çox nəzakətlə izah etdilər ki, “sən səfərbərlik siyahısına düşmüsən, bu qanundur və sənin fevralın 12-dək xaricə getmək hüququn yoxdur”, - deyə  radionun həmsöhbətlərindən biri deyib.
Digər mənbələr deyirlər ki, vətəndaşlığa qəbul edilmiş miqrantlar çağırış vərəqələri alırlar. Onları hərbi komissarlıqda da söhbətə çağırırlar, silahlı qüvvələrdən fərariliyin ağır cəzalandırılacağını izah edirlər.
Miqrantların yaxınlarının dediyinə görə, Rusiya pasportu olanlar hava limanlarında saxlanılır. Yalnız  Rusiya vətəndaşlığı olmayan Orta Asiyadan olan yerlilər sərbəst şəkildə vətənə qayıda bilərlər.
Artıq Bişkekdə Rusiya pasportu olan işçilərə xəbərdarlıq edilib ki, elan edilən səfərbərlik şəraitində onlara kömək edə bilməyəcəklər. Rusiyanın Qırğızıstanla ikili vətəndaşlıq haqqında müqaviləsi yoxdur - o, naturalizasiya olunmuş vətəndaşların Qırğızıstanın ilkin vətəndaşlığını tanımır. Nə qədər vətəndaşlıq almış Rusiya vətəndaşının orduya çağırıldığı və Ukraynadakı müharibədə iştirak etdiyi məlum deyil.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin demişdi ki, vətəndaşlığa qəbul olunmuş vətəndaşlar Ukraynada döyüşməlidir.