İsrail özünü Makronun katibi kimi təqdim edən şəxsi həbs edib.
Netanya sakini özünü Yelisey sarayının baş katibi kimi təqdim edərək, Avropadakı səfirləri və nümayəndəsini aldatmaq şübhəsi ilə saxlanılıb.
Bu barədə İsrail polisi “Twitter” səhifəsində məlumat yayıb.
Zabitlər təhqiqata təxminən iki ay əvvəl Fransa polisindən araşdırma tələbi aldıqdan sonra başlayıblar. Bir israillinin özünü sarayın baş katibi kimi təqdim etdiyini öyrənən polis müvafiq sorğu göndərib.
Şübhəlinin 40 yaşı var, o, dindirilmək üçün saxlanılıb. Polis axtarış zamanı onun evində planı həyata keçirmək və saxtakarlıq etmək məqsədi daşıdığı iddia edilən avropalı şahzadələrin möhürlərini tapıb.