Firudin Qurbanov vəzifəsindən azad edilib? - AÇIQLAMA


Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevin müavini Firudin Qurbanov vəzifəsindən azad edilib.
Bu barədə yerli Teleqram kanallarında iddia yayılıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  açıqlamasında yayılan məlumatları nə təsdiq, nə də inkar edib:
"Bizdə belə bir məlumat yoxdur",- deyə o söyləyib.
Qeyd edək ki, F.Qurbanov 2014-cü ildən elm və təhsil nazirinin müavini vəzifəsində çalışır.