Pedofillər axtalanacaq – Yeni qanun layihəsi


Pedofillər axtalanacaq – Yeni qanun layihəsi

Qırğızıstanda uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq törədənlər axtalanacaq.
Bununla bağlı qanun layihəsi Qırğızıstan parlamentinin komitə iclasında müzakirəyə çıxarılıb.
 
Deputat Ulan Bakasovun hazırladığı layihə komitə iclasında qəbul olunub və plenar iclasa tövsiyə edilib. 

Sözügedən qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsiz zorakılıq törədən şəxslərə 20 il və ya ömürlük həbs cəzasının verilməsi təklif olunur.

Qanun layihəsində şübhəli şəxsin pedofiliyaya meyilli olduğu aşkarlandığı halda azadlığa çıxmamışdan 6 ay əvvəl onun axtalanması tələbi yer alıb.

Qeyd edək ki, sözügedən qanun layihəsinə parlamentin plenar iclasında baxılacaq.