“Rep şahzadəsi” vəfat edib


“Rep şahzadəsi” vəfat edib

Məşhur alman musiqiçi Bernard Qrin vəfat edib.
Bu barədə “TV Foren” portalı məlumat yayıb.
Sənətçinin 57 yaşı var idi. Onun ölümünün səbəbi prostat xərçəngi olub. Bernard Qrin “Rep şahzadəsi” kimi tanınmışdı.

İfaçı 1965-ci ildə Vaşinqtonda anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Almaniyaya köçüb. Prodüserlər reperi Frankfurt-Mayndə keçirilən festivalların birində görüb və əməkdaşlıq təklif ediblər.
Sənətçi 1991-ci ildə This Beat Is Hot adlı sinqlının buraxılmasından sonra populyarlıq qazanıb.