Azərbaycan səfirliyinə silahlı hücum terror aktıdır


Azərbaycan səfirliyinə silahlı hücum terror aktıdır

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum terror aktıdır. Nəzərə alaq ki, səfirliklərin yerləşdiyi ərazilər həmin ölkənin ərazisi hesab edilir. Səfirliyin təhlükəsizliyinin təminatı həmin ölkənin məsuliyyətindədir.
 
Belə ki, 1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik Əlaqələr Haqqında Konvensiyasına görə hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Bu baxımdan, beynəlxalq konvensiyaya uyğun olaraq Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur. Hadisə nəticəsində səfirliyin mühafizəsini təmin edərkən həlak olan Orxan Əsgərovun ailəsinə baş sağlığı verir, yaralı soydaşlarımıza şəfa diləyirəm.
 
Əhliman Əmiraslanov
Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik