Şərurda yol-nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var

Şərurda yol-nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Hadisə Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonundan keçən hissəsində baş verib.
“Mercedes” markalı 67-BD-662 dövlət nömrə nişanlı avtomobil “KİA” markalı 68-BX-573 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Hər iki avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıblar. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. (report)