Kommunal xidmətlər bahalaşır: Əhali isti duşdan imtina edir


Məişət qazı tariflərinin kəskin artması səbəbindən fransızlar kommunal xidmətlərə qənaət etməyə məcburdurlar.
Məsələn, Tuluzada sakinlər isti duşdan imtina etməli olurlar, belə ki, burada kommunal qiymətlər üç dəfə artıb.
Yaşayış kompleksinin sakinlərindən biri Sofi Paskal:
“Mən uşaqlara sərin və çox qısamüddətli duş qəbul etməyi öyrədirəm. Mən üzümü də soyuq su ilə yuyuram”.
O etiraf edib ki, artıq yayı səbirsizliklə gözləyir. Paskal qənaətin xərcləri azaltmağın yeganə yolu olduğunu söyləyib.
Onun sözlərinə görə, 60 kvadratmetr üçün onun kommunal xərci ayda 140 avrodan 400 avroya qədər artıb.
“1100 avro maaşla, mən bunu ödəyə bilmirəm”, - deyə Sofi qeyd edib.
Mənbə: mk.ru