azbaku.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova bunu qınadıqlarını açıqlayıb.
"Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, İranın İsfahan şəhərində yerləşən hərbi zavoda və digər regionlarında yerləşən müxtəlif hərbi obyektlərə PUA-larla zərbələr endirilib. İddialara görə, dron hücumları İsrail tərəfindən həyata keçirilib.