İsrailin Təl-Əviv şəhərində cütlük bileti olmadığı üçün təyyarəyə minə bilməyən körpəni hava limanında qoyub.
Övladlarına yeni bilet almamaqda israr edən cütlük körpəni Ben-Qurion hava limanının qeydiyyat hissəsində qoyaraq pasport növbəsinə daxil olublar.
Cütlük İsrail polisi tərəfindən nəzarətə götürülüb.
"Yerusəlim Post" qəzetinə danışan hava yolu şirkəti rəsmisi ilk dəfədir ki, belə bir halla rastlaşdıqlarını, buna inana bilmədiklərini deyib.
Nəzarət zolağında qalan körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.
İsrail polisinin sözçüsü CNN-ə açıqlamasında bildirib ki, polis hadisə yerinə gələnə qədər problem həll olunub.