Çeçenistan parlamenti respublikanın konstitusiyasına dəyişiklik edilməsini və regionun rəhbəri Ramzan Kadırovun vəzifəsinə “Mekhan Da” (xalqın atası) titulunun əlavə edilməsini təklif edib.
Qanun layihəsinə əsasən, region rəhbərinin səlahiyyətlərini müəyyən edən 63-cü maddəyə dəyişiklik etmək istənilir. Sənəddə deyilir: “Birinci abzas “Çeçenistan Respublikasının başçısı” sözlərindən sonra “Mehkan da” sözləri ilə əlavə edilsin. Dəqiqləşdirmələrə görə, bu ifadə hərfi mənada “torpaq atası” kimi tərcümə olunsa da, “xalqın atası” mənasında işlənir.
Qanun layihəsinin təşəbbüskarları 20 deputat, o cümlədən respublika parlamentinin sədri Maqomed Daudov olub.