Növbəti həftə Bakıda havanın temperaturunun qeyri-sabit keçəcəyi gözlənilir.
Fevralın 8-i və 9-da Bakıda və Abşeron yarımadasında qar yağacağı proqnozlaşdırılır.
Havanın temperaturu 8-i və 9-u gecə saatlarında 0 dərəcə təşkil edəcək. Gecədən etibarən qarın da yağacağı ehtimal edilir.
Fevralın 10-da qarın kəsiləcəyi gözlənilsə də gecə havanın temperaturunun 1 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.