Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatdı, yüzlərlə yaralı var


Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb. 

Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dağıntılar yeddi vilayətdə qeydə alınıb.