Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıb - FOTO


Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində keçirilmiş Yeniyetmə və Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıblar.
Mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.

Aysu Əliyeva (59 kq) 16-17 yaşlı qız, Fərid Savadov (55 kq) oğlanlar, Əminağa Quliyev isə (60 kq) 21 yaşadək gənclər arasında Avropa çempionu olublar. Gülay Orucova 14-15 yaşlı yeniyetmələrin mübarizəsində gümüş, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib çıxıblar.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən veriblər. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. Üç yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib.