Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib.
Bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib.
O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb.
Uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb.