Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu


ABŞ-nin Nyu-York şəhərinin şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Eri qraflığında 3,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 km şərqdə olub.
Ocağı 3 km dərinlikdə yerləşən zəlzələnin Niaqara şəlaləsi ərazisində də hiss olunduğu qeyd edilir.