Məsələyə aydınlıq gətirmək üçün “Murad Aqro” MMC ilə əlaqə saxladıq.
Müəssisənin istehsalat müdiri Orxan Quliyev Bizim.Media-ya bildirib ki, hər ilin əvvəllərində tərəzilərdə yenilənmə olur:
“Bu ilin əvvəlindəki ilk iş günündə tərəzi tənzimlənərkən texniki xəta baş verib. Və xətanı biz bir qədər gec aşkar elədik. Xətanı aşkar edən kimi bizim distributer- “Veysəloğlu” şirkəti məlumatlandırılıb.
Xahiş etdik ki, texniki xətası olan bütün məhsullar satış məntəqələrindən geri yığılsın. Amma hardasa məhsullardan qalıb və bundan da bizim rəqiblərimiz yararlanmağa çalışıb, məsələni ictimailəşdiriblər”.
İstehsalat müdiri onu da qeyd edib ki, bu sırf texniki xətadır:
“Xətaya yol verənlərin də haqqında tədbir görülüb. Məhsulun keyfiyyətində heç bir problem yoxdur. Məhsullarımız hamısı AQTA-nın yoxlanışından keçir. Texniki qüsuru olan qabların ümumi həcmi isə təxminən 100 qutu olub”.
Bizim.Media