Sərxoş sürücülərin maşınları Ukraynaya veriləcəj


Latviyada sərxoş sürücülərdən müsadirə edilən avtomobillər Ukraynaya verilə bilər.
Müvafiq təklif ölkənin maliyyə naziri Arvils Aşeradens tərəfindən irəli sürülüb.
Ölkədə müsadirə olunmuş avtomobillər əksər hallarda aşağı qiymətə hərraclarda satılır. Qeyd olunub ki, qanuna edilən dəyişikliklərlə bu maşınlar Ukraynaya tədarük edilə bilər. Bu addım Ukraynaya yardımın həcmini artırmağa kömək edəcək.
Qeyd edək ki, Latviya Rusiyanın təcavüzündən sonra Kiyevə hərbi və humanitar yardım göstərir. İndiyədək Ukraynaya “Stinger” hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, həmçinin iki “Mi-17” helikopteri təhvil verilib. Latviyanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 370 milyon avroya çatıb.