Bakıda uşaq evində qalan 4-cü sinif şagidri itkin düşüb



Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Məlumata görə, 2019-cu ildən 1 saylı uşaq evində yaşayan, Nizami rayonundakı 220 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 2010-cu il təvəllüdlü Rzayev Mikayıl Samir oğlu fevralın 6-da təhsil aldığı məktəbdə birinci dərsdən çıxdıqdan sonra itkin düşüb.
Fakta görə araşdırma və əməliyyat axtarış tədbirləri aparılır.