Zelenski bu qış ikinci dəfə Ukraynanı tərk edir.
O, Baş nazir Rişi Sunakla görüşmək üçün Böyük Britaniyaya səfər edəcək.
Bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb. Qeyd olunub ki, Zelenski həmçinin, Ukrayna hərbçiləri ilə görüş keçirəcək.
Xatırladaq ki, Zelenski sonuncu dəfə 2022-ci ilin dekabrında ABŞ-a səfər etmək üçün Ukraynanı tərk edib. ABŞ prezidenti Co Baydenlə görüşdə iki ölkə arasında əməkdaşlıq müzakirə olunub.