Sabiq baş prokurorun oğluna ölkədən çıxış qadağası qoyulur


Sabiq baş prokuror İxtiyar Şirinin oğlu Hikmət Şirinin ölkədən çıxışı məhdudlaşdırılır.

Bununla bağlı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş idarəsi məhkəməyə müraciət edib.

Hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılan işin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdır.

Qeyd edək ki, İxtiyar Şirin 1992-1993-cü ildə Azərbaycanın Baş Prokuroru vəzifəsində çalışıb. İ. Şirinin oğlu Hikmət Şirinov 2020-ci ildə deputatlığa namizədliyini irəli sürüb.