Biznesmen deputat vergidən yayınıb? - KƏMALƏDDİN QAFAROVA VAXT QOYULDU


Milli Məclisin biznesmen deputatı Kəmaləddin Qafarov vergi orqanları ilə ciddi problem yaşayır.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin xəbərinə görə, Dövlət Vergi xidməti deputata məxsus tibb müəssisələrinə külli miqdarda vergi borcu yazıb.

Məlumatda bildirili ki, Kəmaləddin Qafarovun bir sıra yüksək vəzifəli şəxslərə çıxmasına baxmayaraq, ona heç bir güzəşt edilməyib və vergi borcunu bağlamaq üçün konkret zaman təyin olunub.

Qeyd edək ki, Kəmaləddin Qafarov dərman biznesi ilə yanaşı bir neçə tibb müəssisəsinin faktiki sahibidir.

Millət vəkili olmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında iştirakı da yoxdur.