Azərbaycanda toplanan yardımla bağlı bu görüntülər Türkiyədə gündəm oldu


Azərbaycandan Türkiyədə zəlzələdən əziyyət çəkənlərə göndəriləcək olan yardım görənlərə duyğusal anlar yaşadıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yardım məqsədilə qoyulan uşaq gödəkçəsinin cibləri şokolad və qoz-fındıq ləpəsi ilə doldurulub.
Görüntüləri izləyən türkiyəlilər balaca yardımsevərin bu hərəkətinə tərif dolu sözlər yazıblar.