SOCAR-ın sabiq vitse-prezidenti vəfat etdi


Dövlət Neft Şirkətinin (SOCAR) sabiq vitse-prezidenti Bəhram Hüseynov vəfat edib.
Ö, ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
B.Hüseynov 1983-cü ildən neft sektorunda çalışıb. 1998-ci ildə BP şirkətindinə fəaliyyətə başlayan neftçi Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsində iştirak edib. 2009-cu ildə "Tərəqqi" medalına layiq görülüb. 2011-ci ildən SOCAR-da çalışan B.Hüseynov 2016-2021-ci illərdə qurumun Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti olub.