Dağıntı altında qalan Şahinin anasından AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ zamanı uçqun altında qalıb.  
Dünəndən başlayaraq tələbələrimizin axtarışına yapon və çinli xilasedicilər də qoşulub.
Dağıntılar altında qalan dörd tələbədən biri olan Şahin Vəliyevin anası Esmira xanım azxeber.com-a açıqlamasında axtarışların davam etdiyini deyib:
"Hələ heç bir xəbər yoxdur. Axtarışlar davam edir. Orada baş verən ən son xəbərləri bizə verirlər. Ancaq yeni xəbər yoxdur".
Yapon mütəxəssislərin hiss etdiyi insan nəfəsinin hansı tərəfdən gəldiyini bilmədiyini deyən ana, axtarışların nəticələrini gözlədiklərini bildirilib: 
"İnsan nəfəsi bilmirəm hansı tərəfdə hiss olunub. Bu haqda heç bir məlumatımız yoxdur". (olke.az)