Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var


Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR-la toqquşub.
Nəticədə, 1 nəfər hadisə yerində ölüb. Daha 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Hakverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.