Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O qeyd edib ki, məscid və ziyarətdahlarda 3 vəzifə müəyyənləşdirilib: "Birincisi, imamdır, ikincisi, imam müavini, üçüncüsü, dini ayinlərin icraçısıdır. Bir də qadın dini ayinlərin icraçısı var. Qadınlar məscidlərdə imamların tapşırığına əsasən sırf qadınlara yönəlik fəaliyyətlə məşğul olurlar”.
Xatırladaq ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün 15 fevralda müsahibə keçirilib.