Almaniyanın nəhəng kimyəvi-sənaye şirkəti Azərbaycan bazarını tərk edir.
“Henkel”in Rusiyadakı bölməsinin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
Şirkətin Azərbaycan nümayəndəliyi 23.07.2020 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Erşov Mixaildir (Ershov Mikhail). Şirkət Bakıda Yasamal rayonu Murtuza Muxtarov ev.201-də yerləşir.
Onu da bildirək ki, 2022-ci ilin aprelində “Henkel” Rusiyadakı fəaliyyətini dayandırmaq qərarı vermiş, buradakı şirkət satılaraq “Lab industries” adı ilə fəaliyyətini davam etdirmişdi.
Yuyucu vasitələr və baxım məhsullarının istehsalı ilə məşğul olan “Henkel” “Persil”, “Pril”, “Fa”, “Schwarzkopf”, “Syoss”, “Vernel” və “Perwoll” kimi məşhur brendlərə sahibdir.
Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ 1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr 25E küçəsi, Bakı Ağ Şəhər Biznes Mərkəzi, 8-ci mərtəbə ünvanına bildirə bilərlər.