Ermənistanın keçmiş müdafiə naziri axtarışa verilib


Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib. 
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda Vigen Sarkisyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğu qeyd olunub. Məhkəmə keçmiş nazirin həbsi ilə bağlı vəsatəti təmin edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 2018-ci ilin yanvarında müdafiə idarəsinin balansında olan binada mənzillərin bölüşdürülməsi prosesində Sərkisyan bilərəkdən onun səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verib.