Bu küçədə nişanlar dəyişdirildi: Yol verməyənlər cərimələnəcək


Bakının bu prospektində hərəkətin təşkilinə dəyişiklik edilib.

Söhbət Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsindəki geriyə dönmə yerindən gedir. Belə ki, əvvəllər Ziya Bünyadov prospektindən geriyə dönən sürücülərə baş yol nişanı quraşdırılmışdı. Atatürk prospektindən gələn nəqliyyat vasitələrinin sürücüləri onlara yol verməklə hərəkət edirdilər. Lakin edilmiş son dəyişiklikdən sonra baş yol Atatürk prospektindən gələn istiqamətə, yol ver nişanı isə geriyə dönmə yerinə quraşdırılıb.
Həmin yoldan istifadə edən sürücülərə tövsiyə edirik ki, adəti üzrə deyil, yol nişanlarına baxaraq hərəkət etsinlər.