Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.