Azərbaycanda fantastik qiymətə mobil telefon nömrəsi SATILIR - 1700000 AZN


Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir. Azərbaycanda baha qiymətə mobil telefon nömrəsi satılır.

Bu barədə elan saytlarından birində paylaşılıb.


Bildirilir ki, "Bakcell" mobil operatoruna məxsus (099) 599-69-97 nömrəsi nə az, nə çox 1.700 000 manata təklif edilir.


Bu qiymətə olan bir telefon nömrəsinə bu qədər pul verən insanlar, həqiqətən, var? 
 Məsələylə bağlı sözügedən nömrənin sahibi ilə əlaqə saxladıq
 Məlum oldu ki, bu nömrəylə maraqlananların sayı kifayət qədər çoxdur:
 

“Nömrənin bu qiymətə olmasının əsas səbəbi onun təkrarlanmasıdır, özüm nömrəni pulsuz əldə etmişəm, nömrə öz düşüncəmin məhsuludur, mənim fikrimcə, bu nömrənin qiyməti bundan ucuz olmamalıdır. (099) 599-69-97 bu nömrə çox ideal və düşünülmüş nömrədir.”
 Nömrəni ciddi almaq istəyən şəxslərə endirim edəcəksiniz sualına isə satıcı bir milyon yeddi yüz min manatlıq nömrə almaq istəyən adamın, məncə, endirimə ehtiyacı olmaz deyə cavab verib:
 “Xeyr, 1.700 000 almaq istəyən adamın endirimə ehtiyacı olacağını düşünmürəm, endirim etmək fikrim də yoxdur. Nömrənin istəyəni kifayət qədər çoxdur, lakin istədiyim məbləğlə razılığa gəlmirlər. Yaxın zamanlarda 630 min manatlıq bir təklif aldım, amma razı olmadım.”