Yutubun baş direktoru istefa verdi


Yutubun baş direktoru Susan Vodjicki vəzifəsindən getdiyini açıqlayıb.
Bu barədə “Tech Crunch” portalı məlumat yayıb.
Onun yerini və baş vitse-prezident vəzifəsini hazırkı məhsul direktoru Neil Mohan tutacaq.
Vodjickinin gələcəkdə Quql və Alfabet üçün məsləhətçi kimi fəaliyyət göstərəcəyi bildirilir.