“Neftçi” inamlı qələbə qazandı


Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
 "Neftçi" komandası "Bakcell Arena"da "Səbail" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. 48-ci dəqiqədə Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunda sonuncu qolu isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya vurub.
Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Neftçi" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. 16 xalı olan "Səbail" isə sonuncu 10-cu pillədədir.
Qeyd edək ki, tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.