Bu xəstəliklər dəridə qırışların yaranmasını sürətləndirir
Qrip kimi virus xəstəlikləri dərinin qocalmasını sürətləndirir və dəridə nöqtə kimi görünən qabarlara - komedonlara səbəb olur. Bu barədə kosmetoloq, dermatoloq Tatyana Serebryakova məlumat verib.
O, bunun xəstəlik zamanı bədənə düşən yüklə əlaqədar olduğunu izah edib. "Dəri hüceyrələrinə hücum edən sərbəst radikallar istehsal olunur. Xəstəlik dövründə qırış xətləri yarana, həmçinin yağlı dəridə parlaqlıq arta bilər. Tez-tez baş verən xəstəliklər orqanizmin qocalmasını sürətləndirir", - Serebryakova Ura.ru saytına bildirib. Dermatoloqun sözlərinə görə, qripdə orqanizm bütün resursları qanda olan virusla mübarizəyə yönəldir. Dəridə iltihaba səbəb olan maddələri buraxır. Buna görə də, xəstəlik zamanı adətən bədənin bütünlüklə solğunluğu, dərinin soyulması və rənginin pisləşməsi müşahidə olunur. Həmçinin həkim qeyd edib ki, çoxunda dodaqlar quruyur, damarları daha aydın görünür, dərinin də nəm balansı pozulduğu üçün quruyur və qabıq verir. Nəticədə komedonlar əmələ gəlir. Ekspert izah edib ki, xəstəliyi ağır keçirən insanlarda orqanizm həddən artıq yüklənir. "Dəriyə fikir verməyən, keyfiyyətsiz preparatlardan, kosmetikadan istifadə edənlər kateqoriyası var. Onlar üçün sağalma prosesi daha uzun çəkir. Sızanaqlara və digər iltihablara meyilli olanlar bu problemləri ağır yaşaya bilərlər. Düzgün qulluq isə dərini bütün bunlardan müdafiə edəcək”, - Serebryakova bildirib.(Publika.az)