Bakıda təhlükəli avtobus sərnişinləri qorxuya saldı – VİDEO

Paytaxtda 120 saylı marşrut xəttində hərəkət edən avtobus sərnişinlərə qorxulu anlar yaşadıb.

AzBaku.info Xəzər TV-yə istinadən məlumatına görə, təhlükəli görüntülər bu gün sərnişinlərdən biri tərəfindən Bayıl qəsəbəsində qeydə alınıb.

Həmin xəttin dispetçeri deyir ki, əyilmə reys vaxtı baş verib və avtobus son dayanacaqdan təmirə göndərilib.

Onun sözlərinə görə, belə hallarda avtobusların xətdən çıxarılaraq təmirə göndərilməsi ilə bağlı sürücülərə tapşırıq verilib.

Dispetçer sözügedən avtobusun təmir olunduqdan sonra xəttə buraxılacağını bildirib.