Ermənistanda general SAXLANILDI


Ermənistanda general SAXLANILDI


Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturov saxlanılıb.
 
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Generalın saxlanılması barədə hələlik rəsmi açıqlama verilməyib.
 
Onun Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən nəzarətə alındığı bildirilir.
 
Qeyd edək ki, general Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğludur.